“Aqrar Tədarük və Təchizat” ASC yük avtomobilləri üçün tam (kasko) sığorta xidmətlərinin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Sabunçuda xəstəxana tikintisi üçün elan edilən 18,5 milyonluq - TENDER LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, keçirilmiş tenderin qalibi “Xalq Sığorta” ASC olub.
Tender çərçivəsində iki ədəd MAN TGS 19.440 yük avtomobili və iki ədəd KRONE markalı yarımqoşqu üçün sığorta xidmətləri satın alınıb. Qalib şirkət sığorta xidməti müqabilində ümumi 4.760 manat pul qazanıb.
Ehtimal olunan ilkin qiymət isə 9.180 manat idi. Bu isə o deməkdir ki, “Xalq Sığorta” şirkəti tenderi ilkin qiymətdən 4.420 manat daha aşağı təkliflə qazanıb. Maliyyə baxımından bu fərq təxminən 48.15% qənaət deməkdir.