Aqrar Tədarük və Təchizat daha üç açıq tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib şirkətlər aşağıdakılardır:
1."“Aqrar tədarük və təchizat” ASC tərəfindən “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” məqsədilə yaradılan elektron portalın istifadəsi ilə bağlı olaraq 2022-ci il oktyabr-dekabr (30 gün) ayları ərzində növbəti modullar üzrə elektron portalda qeydiyyat, zəruri sənədlərin yerləşdirilməsi, tərəflər arasında müqavilələrin bağlanması və alqı-satqı əməliyyatlarının aparılması üzrə satınalan təşkilatların və satıcıların maarifləndirilməsi məqsədi ilə tədbirin təşkili xidmətlərinin təmin edilməsinin satın alınması" tenderinin qalibi "XCO" MMC (VÖEN: 2903527341) olub.
Şirkətlə 83 968 manat məbləğində müqavilə imzalanıb.
2."Bal yarmarkasının təşkili xidmətinin satın alınması" tenderinin qalibi "Admedia.Az" MMC (VÖEN: 2002644161) olub.
Şirkətlə 73 695 manat məbləğində müqavilə imzalanıb.
3."Aqrar tədarük və təchizat” ASC 2023-cü ilin (yeni ilin) gəlişi ilə əlaqədar Bakı şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının təmin olunması məqsədilə 2022-ci il 17-30 dekabr tarixlərində şəhərin 4 müxtəlif ərazilərində satış yarmarkalarının təşkili və təşkilati işlərinin satın alınması" tenderinin qalibi "Admedia.Az" MMC (VÖEN: 2002644161) olub.
Şirkətlə 207 491 manat məbləğində müqavilə imzalanıb.