Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
FED az.xəbər verir ki, tenderin qalibi "Net Finance" MMC seçilib.
Qalib şirkətə 22 420 manat ödəniləcək.
Audit xidmətinə daxildir:
31 dekabr 2022-ci il tarixdə başa çatmış il üçün Maliyyə vəziyyəti haqqında hesabatı;
31 dekabr 2022-ci il tarixdə başa çatmış il üçün Maliyyə fəaliyyətinin nəticələri;
31 dekabr 2022-ci il tarixdə başa çatmış il üçün Kapitalın hərəkəti haqqında hesabatı; 31 dekabr 2022-ci il tarixdə başa çatmış il üçün Pul vəsaitlərinin hərəkəti haqqında hesabat; Mühüm uçot siyasətləri; Maliyyə hesabatlarına izahlı qeydlər.