Aqrar Sığorta Fondu "Auditor xidmətinin satınalınması" kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, qalib "Grovy and Audit Consulting" MMC (VÖEN: 1803794061) seçilib
Qalib şirkətə 11 446 manat ödəniləcək.
"Grovy and Audit Consulting" MMC daha öncə Dəniz Kənarı Bulvar İdarəsinin 5888 manat dəyərindəki "Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi Şəxsinin və tabeliyindəki təşkilatların (4 təşkilat) 31.12.2021-ci il tarixə maliyyə hesabatlarının və Konsolidə edilmiş maliyyə hesabatlarının auditi" kotirovka sorğusunun qalibi olub (11.04.2022).