Aqrar Sığorta Fondu Aqrar Sığorta Fondunda Audit xidmətlərinin satınalınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, təkliflərin son təqdim olunma tarixi və vaxtı 15.03.2022-ci il saat 12:00-a kimidir iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Malgöndərənin audit zamanı sığorta ehtiyatlarının hesablanması ilə bağlı ölkə xaricindən sahəvi mütəxəssislərin cəlb etmə imkanı (Ən azı iki sahəvi mütəxəssisin tərcümeyi halı əlavə edilməlidir) - ən azı 2 mütəxəssisin tərcümeyi halı təqdim edilməlidir.
Malgöndərənin ən azı 5 əməkdaşının ACCA üzvü olması haqqında məlumat - sertifikatlar və əmək müqaviləsi;
Nizamnamə - nizamnamənin son redaksiyası;
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - sənəd son 3 ay ərzində əldə edilmiş olmalıdır;
Malgöndərənin Azərbaycanda təmsil olunduğu şirkətdə (-lərdə) əməkdaşların 100 nəfərdən çox olduğunu əks etdirən sənəd - əməkdaşların sayını təsdiq edən sənəd;
Qeydiyyatdan keçdiyi ölkə - qeydiyyat haqqında şəhadətnamə;
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - sənəd son 3 ay ərzində əldə edilmiş olmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vaqif Rəhimov / Kadrlar və inzibati idarəetmə şöbəsinin müdiri
Əlaqə: [email protected] / 0552221141