İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul nümayəndələrinin iştirakı ilə “Satınalma prosedurları: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda növbəti onlayn görüş keçirib.
FED.az xəbər verir i, görüşdə bildirilib ki, son illər dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr, “Dövlət satınalmalarının vahid elektron portalı”nın yaradılması, tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin artırılması, mikro, kiçik və orta biznesin inkişafı, həmçinin dövlət vəsaitlərinin səmərəli və qənaətlə istifadə olunmasına əlavə stimul yaradıb.
Tədbirdə iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə olunması, dövlət satınalma prosedurlarının elektronlaşdırılması, iştirakçıkar arasında sağlam rəqabətin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.
Satınalan təşkilatların 100-dən çox nümayəndəsinin iştirak etdiyi onlayn görüşdə dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunduğu və bu tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi diqqətə çatdırılıb.