Lənkəran Dövlət Universitetinin «Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin» alınması işləri üzrə 10 noyabr 2020-ci il tarixdə keçirilmiş Kotirovka sorğusu ləğv edilib.
FED.az xəbər verir ki, Universitetin terder komissiyasının məlumatına görə, kotirovka sorğusu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 17 noyabr 2020-ci il tarixli məktubu ilə ləğv edilib.