Azərbaycan Mərkəzi Bankı 2 tender elan edib.
Qarabağda 490 fərdi yaşayış evinin təmiri üçün elan edilən - TENDERLƏR YEKUNLAŞDI
FED.az xəbər verir ki, birinci tender inzibati binalarda quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satın alınmasını əhatə edir və onun ehtimal olunan qiyməti 47 824 AZN təşkil edir. Tender üzrə təkliflərin son təqdim edilməsi və zərflərin açılışı 29.10.2025 tarixində saat 17:00-da baş tutacaq, iştirak haqqı isə 96 AZN-dir. Əlaqələndirici şəxs Həcər Kamalova, aparıcı mütəxəssisdir ([email protected], +994 12 493 50 58).
İkinci tender IBM Qradar SIEM sisteminin lisenziyalarının dəstəklənməsi üçün nəzərdə tutulub və onun ehtimal olunan qiyməti 152 858 AZN təşkil edir. Tenderin zərfləri eyni tarixdə, yəni 29.10.2025 saat 17:00-da açılacaq, iştirak haqqı isə 250 AZN-dir. Əlaqələndirici şəxs Şəhriyar İmanov, böyük mütəxəssisdir ([email protected], +994 12 493 50 58).