Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkəxarici poçt göndərişləri xidmətlərinin satın alınması məqsədilə elan olunmuş tender ləğv edilib.
AMB 314 minlik qablaşdırma mallarını - BU ŞİRKƏTDƏN ALDI
FED.az xəbər verir ki, ləğv edilmə səbəbi olaraq, müsabiqədə iştirak etmək üçün təklif və təminat təqdim etmiş, eyni zamanda tələb olunan müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması (Satınalmalar haqqında qanunun 36.1.1-ci maddəsi) göstərilib.
Tender müsabiqəsi 18 aprel 2025-ci il tarixində elan olunmuş, təkliflərin təqdim edilməsi və zərflərin açılışı 13 may 2025-ci il, saat 17:00-a təyin edilmişdi. Ehtimal olunan qiymət 2.913,99 AZN təşkil edirdi.
Tender çərçivəsində Almaniya, Böyük Britaniya, İsveçrə, Çin və ABŞ-a 1 kiloqrama qədər olan ümumilikdə 10 poçt göndərişi nəzərdə tutulmuşdu:
-
Almaniyaya – 5 ədəd
-
Böyük Britaniyaya – 2 ədəd
-
İsveçrəyə – 1 ədəd
-
Çin Xalq Respublikasına – 1 ədəd
-
ABŞ-a – 1 ədəd
Bununla belə, qeyd olunan istiqamətlər üzrə xidmət göstərməyə namizəd olan minimum sayda təchizatçı olmadığından, satınalma proseduru qanunvericiliyə əsasən dayandırılıb.