Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Palo Alto avadanlıqları və lisenziyalarının satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.
“Arsenal Construction” alovu ucuz söndürdü – Tenderdə 130 min manat qənaət - DETALLAR
FED.az xəbər verir ki, rəsmi məlumata əsasən, tenderin ləğv edilməsinə səbəb kimi təchizatçıların sayının üçdən az olması göstərilib.
Qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən, əgər satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, eyni zamanda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olarsa, tender proseduru ləğv edilir. Mərkəzi Bankın tenderi də məhz bu səbəblə baş tutmayıb.
Tenderin ehtimal olunan qiyməti 549.777,50 AZN idi. Müsabiqə 15 aprel 2025-ci il, saat 16:35-də dərc edilmişdi. Təkliflərin son təqdim olunma tarixi 28 aprel 2025-ci il, saat 17:00, zərflərin açılışı isə həmin gün saat 17:00-a nəzərdə tutulmuşdu.