Mərkəzi Bank 2 ədəd açıq tender elan edib.
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
FED.az xəbər verir ki, birinci tender standart proqram təminatları üzrə lisenziyaların satın alınması ilə bağlıdır. Tenderdə ehtimal olunan qiymət 155 407 AZN təşkil edir. Təkliflərin təqdim olunması üçün son tarix və saat 11 sentyabr 2025-ci il, saat 17:00-dir, zərflərin açılışı da eyni tarixdə və vaxtda keçiriləcək. Tenderdə iştirak haqqı 250 AZN olaraq müəyyən edilib. Əlaqə üçün məsul şəxs böyük mütəxəssis Şəhriyar İmanovdur ([email protected], telefon: +994 12 493 50 58).
İkinci tender isə məlumatların idarəedilməsinin (Data Governance) qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə məsləhət xidmətinin satın alınması ilə bağlıdır. Bu xidmət üçün ehtimal olunan qiymət 476 425 AZN təşkil edir. Təkliflərin təqdim olunması və zərflərin açılışı üçün son tarix eyni, 11 sentyabr 2025-ci il, saat 17:00-dir. Müsabiqədə iştirak haqqı 350 AZN-dir. Əlaqə üçün məsul şəxs aparıcı mütəxəssis Həcər Kamalovadır ([email protected], telefon: +994 12 493 50 58).