Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC daha bir tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, 2-ci elan. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 12 və 13 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı keçirilmiş açıq tenderin nəticələrinə əsasən “Amal Group" MMC (VÖEN: 1305578581) qalib müəyyən edilib.
Həmin şirkətlə 7 080 623 manat məbləğində satınalma (podrat) müqaviləsi bağlanıb.