Azərbaycanın ən böyük sənaye tikinti şirkətlərindən olan « Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyası (STİK) ASC böyük məbləğdə dövlət tenderini qazanıb.
FED.az-ın məlumatına görə, şirkət «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin elan etdiyi tenderi udub.
“Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” (Sabirabad rayonu üzrə II mərhələ) tenderinin qalibi olan «Akkord» STİK ASC i lə 27,9 milyon manatlıq müqavilə imzalanıb.