Aqrar Kredit Və İnkişaf Agentliyi “Yerli istehsal olan tut tinglərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin "Azərting" MMC olub. Tenderin dəyəri 700 min manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən elan edilmiş 1 milyon 028 min 115 manat dəyərindəki “Şamaxı rayonu ərazisində müasir üzüm tingliyinin yaradılması” tenderinin də qalibi seçilib (28.10.2019).