Dövlət satınalmalarında əsas sifarişçilərdən biri də yerli icra hakimiyyətləri və yerli dövlət müəssisələridir.
Masallı rayonunda dövlət tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə Ağstafa rayonunda müxtəlif qurumlar tərəfindən keçirilən tenderləri və qalib olan şirkətləri araşdırıb.
Ağstafa rayonunda yerli dövlət orqanları digər rayonlara nəzərən daha passiv iştirak edir. Belə ki, bu il ərzində rayonda işlərin görülməsi ilə əlaqədar yalnız bir tender keçirilib. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının ərazisində 60 çarpayılıq korpusun tikintisinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması ilə bağlı tenderin qalibi "AZ.Arxitektura" MMC (VÖEN: 6001265561) olub. Tərəflər arasında 129 min 800 manatlıq müqavilələr imzalanıb.
"AZ.Arxitektura" MMC bu rayonda dövlət sifarişini yerinə yetirən əsas şirkətlərdəndir. MMC bundan əvvəl də - 2024-cü ildə Ağstafa RİH tərəfindən keçirilən 2 tenderin qalibi olub. Şirkətlə RİH arasında ümumi dəyəri 18 min 60 manat olan iki müqavilə imzalanıb.
Ağstafa RİH-nin keçirdiyi ən iri həcmli tenderi isə "Harmony İndustrial Construction and Engineering Group" MMC (VÖEN: 1500429791) qazanıb. Ağstafa rayonunda yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı şirkətlə RİH arasında 401 min 819 manatlıq satınalma müqaviləsi bağlanılıb.
Ümumilikdə 2024-2026-cı illərdə rayonda görülən işlərlə bağlı şirkətlə dövlət qurumları arasında ümumi dəyəri 1 milyon 744 min 469 manat olan 13 satınalma müqaviləsi bağlanılıb.
Ağstafa rayonunda keçirilən tenderlərin qalibi haqqında daha detallı:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalibin adı və VÖEN-i |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
|
1 |
Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti |
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının ərazisində 60 çarpayılıq korpusun tikintisinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması |
"AZ.Arxitektura" MMC (VÖEN: 6001265561) |
129 800 AZN |
22.05.2026 |
|
|
|
2 |
"Regional Su Meliorasiya Xidməti" PHŞ |
Ağstafa tərs osmos qurğusunda yaranmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı təmir xidmətlərinin satın alınması |
"Ekvator-M" MMC (VÖEN: 1501063061) |
319 284 AZN |
27.11.2025 |
|
|
|
3 |
"Əsaslı Tikinti və Təchizat" MMC |
Ağstafa şəhər Hüseyn Arif adına uşaq musiqi məktəbinin cari təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması |
"Eracon" MMC (VÖEN: 1504558361) |
11 800 AZN |
21.11.2025 |
|
|
|
4 |
Ağstafa RİH Başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi |
Ağstafa şəhərində abadlıq işləri |
"Azsur Group" MMC (VÖEN: 1503949491) |
256 800 AZN |
07.10.2025 |
|
|
|
5 |
"Əsaslı Tikinti və Təchizat" MMC |
Ağstafa şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzin cari təmir işlərinin satın alınması |
"Lider-Line" MMC (VÖEN: 2701297561) |
97 040 AZN |
06.08.2025 |
|
|
|
6 |
Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ |
«”Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması. |
"Eco Logistics" MMC (VÖEN: 1504055871) |
68 375 AZN |
17.06.2025 |
|
|
|
CƏMİ 2025 - 753 299 |
|
||||||
|
7 |
Ağstafa RİH Başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi |
Ağstafa şəhərində abadlıq işləri |
"Meqa AN İnşaat" MMC (VÖEN: 3600282541) |
374 818 AZN |
25.12.2024 |
|
|
|
8 |
Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ |
(TƏBİB) tabeliyində olan Ağstafa Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi üçün tələb olunan “Müxtəlif növ avadanlıqların təmiri” xidmətlərinin satın alınması |
"Sar Trade" MMC (VÖEN: 1402598961) |
35 565 AZN |
25.12.2024 |
|
|
|
9 |
"Əsaslı Tikinti və Təchizat" MMC |
Ağstafa şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzin cari təmir işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması |
"Creat Company" MMC (VÖEN: 1904172531) |
1 239 AZN |
27.11.2024 |
|
|
|
10 |
Ağstafa RİH |
Ağstafa rayonunda yolların əsaslı təmiri işlərinin satın alınması |
"Harmony İndustrial Construction and Engineering Group" MMC (VÖEN: 1500429791) |
401 819 AZN |
06.11.2024 |
|
|
|
11 |
Ağstafa RİH |
Ağstafa rayonunda yolların əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması. |
"AZ.Arxitektura" MMC (VÖEN: 6001265561) |
6 496 AZN |
19.08.2024 |
|
|
|
12 |
Ağstafa RİH |
Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən 2024-cü ildə Abadlıq işlərinin aparılması üçün Layihə -smeta sənədlərinin hazırlanmasının satın alınması. |
"AZ.Arxitektura" MMC (VÖEN: 6001265561) |
11 564 AZN |
08.08.2024 |
|
|
|
13 |
"Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi" MMC |
Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi cari təmir işləri üçün mal-materialların satın alınması |
"Baku Supply Company" MMC (VÖEN: 1304645231) |
29 869 AZN |
22.05.2024 |
|
|
|
CƏMİ 2024 - 861 370 AZN |
|
||||||
|
YEKUN - 1 744 469 AZN |
|||||||















