Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən elektrik avadanlıqlarının sınağı və ildırım ötürən dirəklərin torpaqlama aktının təqdim olunması xidmətlərinin satın alınması ilə bağlı elan edilən tender ləğv edilib.
Naxçıvanda Novruz tədbiri üçün tender baş tutmadı – SƏBƏB NƏDİR?
FED.az xəbər verir ki, tenderin ləğv edilmə səbəbi təqdim olunan təkliflərin heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmaması ilə bağlıdır. Satınalma prosedurlarına əsasən, bu cür hallarda müsabiqə keçirilmədən ləğv edilə bilər. Azərkosmosun satınalma komissiyasının qərarına görə, təqdim olunan təkliflərin heç biri 36.1.2 maddəsinin tələblərinə cavab vermədiyi üçün müsabiqə baş tutmayıb.
Xatırladaq ki, tenderin ehtimal olunan qiyməti 16.624,73 AZN təşkil edirdi. Müsabiqə 5 noyabr 2024-cü il saat 15:55-də elan olunmuş, təkliflərin son təqdim olunma tarixi isə 6 dekabr 2024-cü il saat 17:00 müəyyən edilmişdi. Həmin gün tender zərflərinin açılması nəzərdə tutulurdu, lakin qeyri-uyğun təkliflər səbəbindən prosedur ləğv edilib.