İqtisadi Zonaların İnkişafı Agentliyi müxtəlif ərazilərin mühafizəsini əhatə tenderin nəticələrini açıqlayıb.
- Agentliyin mühafizə tenderini "Kapital Security" uddu - NƏTİCƏ
- Azərbaycanda mühafizə tenderlərini kimlər udur? – YARISI BİR ŞİRKƏTİNDİR - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, qalib "Kapital Security" QSC (VÖEN: 1502510461) olub.
Tenderin dəyəri 857 706 manatdır.
Mühafizə xidmətinə İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 167,66 hektar, 127,96 hektar, Pirallahı Sənaye Parkının 30 hektar, “Azəralüminium” ASC-nin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi 1 ünvanında yerləşən 67,35 hektar və Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8,05 hektar (3,92 hektar və 4,13 hektar), Neftçala, Hacıqabul, Sabirabad və Masallı Sənaye Məhəllələrində, həmçinin Agentliyin Nəsimi rayonu, Bülbül prospekti 20 ünvanında yerləşən inzibati binasının (axşam saat 18:00-dan səhər saat 09:00-a dək) 2023-cü il üçün əmlakın mühafizəsi daxildir.
"Kapital Security" şirkəti həmin agentliyin "Sumqayıt Kimya Sənaye Parkının 167,66 hektar, 127,96 hektar, Pirallahı Sənaye Parkının 30 hektar, “Azəralüminium” ASC-nin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi 1 ünvanında yerləşən 67,35 hektar və Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8,05 hektar (3,92 hektar və 4,13 hektar), həmçinin Neftçala, Hacıqabul, Sabirabad və Masallı sənaye məhəllələrində, həmçinin Agentliyin Nəsimi rayonu, Bülbül prospekti 20 ünvanında yerləşən inzibati binasının (axşam saat 18:00-dan səhər saat 09:00-a dək) 2022-ci il üçün əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması" tenderinin də qalibi olub (27.07.2022). Həmin tenderin dəyəri isə 268 527 manat təşkil edib.