İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tibbi sərfiyyat mallarının, laborator reaktivlərin və sərfiyyat mallarının, həmçinin PCR kit dəstlərin və onlara uyğun sərfiyyat mallarının satın alınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 601 587 manatlıq tenderin qalibi "Besan" MMC olub.
Tərəflər arasında satınalma müqaviləsi imzalanıb.