Dövlət Turizm Agentliyi (VÖEN – 1404365471) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Rusiya və Belarusiyadan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 728 304 manat təşkil edir.
Tender 23 yanvar 2026-cı il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 16 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Mehman Bayramov - Sektor müdiri
[email protected]
+994 12 505 87 04 (2304)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 16 fevral 2026-cı il tarixinə qədər Nəsimi rayonu, Ü. Hacıbəyli 134 ünvanına təqdim edə bilərlər.











