İcbari Tibbi Sığorta üzrə Dövlət Agnetliyi açıq tender elan edir.
Xəstəxana təmir işləri görür -TENDER ELANI
FED.az xəbər verir ki, elanda “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 1 saylı korpusunun əsaslı təmiri ilə əlaqədar layihə- smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur .
Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1701911851
Satınalan təşkilatın ünvanı : Nəsimi rayonu, Lev Tolstoy küç 170
Müsabiqənin başlama tarixi və vaxtı : 18.09.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 09.10.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 17.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı : 18.10.2023 16:00
Çatdırılma yeri : Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170.
Çatdırılma müddəti : Satınlama müqaviləsi imzalandıqdan və tələb olunduğu halda avans ödənişi edildikdən sonra layihə-smeta sənədləri (rəyinin alınması və razılaşdırma daxil) 4 aydan gec olmayaraq Sifarişçiyə təhvil verilməlidir.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış.
Nizamnamə.
Qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
İddiaçının layihə işlərin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziyası (əlavəsi ilə birlikdə).
İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə).
İxtisas göstəriciləri:
Göstəriləcək xidmətlərin (görüləcək işlərin və göndəriləcək malların) “Əsas şərtlər toplusu”nda nəzərdə tutulan müddətdə təhvil verilməsinə görə.
Tələb olunan avans ödənişinin məbləğinə görə (faizlə).
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Anar Rəhimov , Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 310 07 70 (2022)
Başlıq |
Miqdar |
Tikinti sahəsi haqqında xüsusi məlumatlar (ümumi sahənin ölçüsü: 7773.40 m2). Binanın mövcud ölçü cizgiləri götürülməli, onun əsasında müasir texnoloji layihəyə əsasən işçi cizgilər hazırlanmalıdır. Topoqrafiya əsasında Baş planın hazırlanması. |
1 ədəd |
Layihənin tipi, təyinati və tərkibi. Əsaslı təmir.Xəstəxana. Zirzəmi mərtəbəsi; Soyunub-geyinmə otaqları. 1-ci mərtəbə; Qeydiyyat şöbəsi.Həkim otağı, Tibb bacıları otağı, Şöbə müdirinin otağı, təsərrüfat bacısı, Anbar, Ekspress laboratoriya,USM, Kardioloq, Stomatoloq, Onkoloq, Lor, Nefroloq, Oftalmoloq, Dəri zöhrəvi, Ekq otağı, Endoskopiya, Nevropatoloq.Rentgen. 2-ci mərtəbə; Baş tibb bacısı otağı, İdarəetmə otağı,Texniki şöbə,Heyyət otağı,Qəbul otağı,VİP palata, 1 və 2carpayılıq palatalar, İntensiv terapiya otağı. Mətbəx. 3-cü mərtəbə; Baş tibb bacısı otağı, Şöbə müdrü otağı,Texniki otaq,Professor otağı,Bufet-mətbəx,VİP palata,1 və 2 çarpayılıq palatalar.İdarəetmə otağı, Reanimasiya zalı, Anbar, Təsərrüfat bacısı otağı. 4-cü mərtəbə; Heyyət otağı, Anbar, Qonaq otağı, Prosedur otağı, Həkim otağı, Şöbə müdrü otağı, 1 və2 çarpayılıq palatalar, Vip palata, Bufet-mətbəx, Ordinator otağı, Tibb bacısı otağı. Cərrahiyə otaqları. |
1 ədəd |
Binanın memarlıq, həcm-planlaşdırma həllinə və binanın bəzədilməsinə olan əsas tələblər. Binada xarici divarların zədələnmiş hissələri ağlay üzlük daşı ilə üzlənməlidir. Daxili divarlar suvanmalı, şüşəlifli oboyla üzlənməli və üzərindən bakterioloji emulsiya ilə rənglənməlidir. Rentgen otağında divarlar baritlə-tavan və qapılar qurğuşunla izolyasiya olunmalıdir. Döşəmə Zirzəmi-metlax 1-ci Mərtəbənin dəhlizi süni qranit tavalarla, digər mərtəbələrdə dəhlizlər keromoqranit. Tavan-dəhliz karkas üzrə akmiqran plitə ilə, otaqlar karkas üzrə alçipanla üzlənməli və bakterioloji emulsiya ilə rənglənməlidir. Sanitar qovşaqları – tavan metal karkas üzrə suya davamlı alçipan plitə ilə üzlənməli və bakterioloji emulsiya ilə rənglənməli, döşəmə- metlax, divarlar kafellə üzlənməlidir. Pilləkən meydançaları və marşları – sürüşməyən mərmər plitələrlə üzlənməlidir. Xarici qapı, pəncərə və vitrajlar - alüminium, Daxili qapılar - Antibakterioloji laminat tərkibli xüsusi materialdan hazırlanmış alüminium çərçivəli quraşdırılmalıdır. Zirzəmidə qapılar PVC.Binaya ehtyat giriş və çıxış qapıları metaldan quraşdırılmalıdir.Dam örtüyündə suötürücü novlar və suaxıdıcı borular yenilənməlidir. |
1 ədəd |
Binadaxili kommunikasiya 1 saylı korpus. 1.İsitmə soyutma sistemi fankoyl (2 borulu, giriş xətdə çirk tutan, çıxış xətdə üçyollu ventil olmalıdır. Drenaj xətti ayrı nəzərdə tutulmalıdır) 2.Mexaniki və tibbi havalandırma sistemi (aktı ilə) 3.Daxili su kanalizasiya sistemi 4.Rabitə şəbəkəsi 5.WiFİ sistemi 6.Yanğın siqnalizasiya 7.Tibb bacısı çağrı sistemi 8.Elektrik təchizatı 9.Texnologiya 10.Tibbi qaz sistemi |
1 ədəd |
Sahədaxili komunikasiya. 1.Mövcud qazanxana binasının istilik mexanikası 2.qazanxana daxili qaz təchizatı 3.Daxili qaz avtomatikası 4.yanğın siqnalizasiyası 5.Su kanalizasiyası 6.Sahədaxili istilik şəbəkəsi. |
1 ədəd |
Müvafiq dövlət qurumlarından rəyin alınması. Müvafiq dövlət qurumlarından rəyin alınması (siyahı qeyd edilmişdir). |
1 ədəd |