Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi “Şamaxı regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması” (təmizlik sahəsi- 6700 m2) və 2” saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması” (təmizlik sahəsi- 3800m2) üzrə tenderlər elan edir.
Agentlik təmizlik xidmətləri ilə bağlı -TENDER ELAN ETDİ
FED.az xəbər verir ki, birinci tenderdə iştirak üçün tələb olunan məbləğ 350, ikinci tenderdə 250 manatdır, müsabiqələr oktyabr ayının 31-də başlayıb, tələb olunan sənədlər noyabrın 23-dək, tender təklifləri isə dekabr ayının 1-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 2-də açılacaq.