Enerji Məsələlərini Tənzimləmə Agentliyi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, sözügedən tender qurumun öz balansında olan avtonəqliyyat vasitələrinin KASKO sığortalanması xidmətinin satın alınması ilə bağlı elan edilmişdi. Qeyd edək ki, tender çərçivəsində 24 ədəd avtomobil üçün sığorta xidməti satın alınacaq.
Tenderin qalibi “Qala Sığorta” ASC seçilib. Sığorta şirkətinə 8 587 manat ödəniş ediləcək.


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








