Dövlət Reklam Agentliyi açıq tender elan edir.
1,8 milyonluq tenderin qalibi bəlli oldu – TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, elanda ofis və təsərrüfat mallarının satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1702211061
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Neftçilər pr. 24, (Dalğa Plaza)
Müsabiqənin başlama tarixi və vaxtı: 04.11.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 29.11.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 07.12.12023 10:00
Zərflərin açılış tarixi və vaxtı: 08.12.2023 10:00
Ödəniş şərtləri : Satınalma müqaviləsi üzrə ödəniş mallar (işlər və xidmətlər) elektron qaimə və təhvil-təslim aktı ilə təhvil verildikdən sonra ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərtilə Azərbaycan Respublikasının manatı ilə İcraçının hesabına köçürülür.
Çatdırılma yeri : Bakı şəhəri, Dalğa plaza
Çatdırılma müddəti : 12 ay
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Maliyyə vəziyyəti haqqında bank arayışı
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Ramin İsgəndərov , Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu : 012 505 44 00 (2003)