"Azərkosmos Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Beynəlxalq Astronavtika Konqresi çərçivəsində müxtəlif elementlərlə təmin edilmiş keçid tunellərinin icarəsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1302369281
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5
Müsabiqənin başlama tarixi və vaxtı: 20.07.2023 16:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 10.08.2023 13:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.08.2023 13:00
Zərflərin açılış tarixi və vaxtı: 21.08.2023 13:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimə-faktura, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Bakı şəhəri, Təbriz küçəsi 130, AZ 1008, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzi
Çatdırılma müddəti - Satınalma müqaviləsi imzalandıqdan sonra tədbirin keçiriləcəyi tarixdən 15 (on beş) təqvim günü öncə tam şəkildə icra olunmalıdır, tunellər və avadanlıqların son icarə müddəti 08.10.2023-cü il tarixinə qədər təşkil edəcəkdir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi Bəyannaməsi);
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
İddiaçının Nizamnaməsi;
Qeydiyyatdan keçdiyi ölkə;
İddiaçının Rekvizitləri;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Kamil Əsgərov, Satınalmalar üzrə mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 012-310-00-55
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Çadır |
(105mx4m) uzunluğu: 105 m, eni: 4 m, hündürlüyü: 3 m quraşdırılma və demontajı Layihəyə əsasən |
1 |
ədəd |
2 |
Çadır |
(45mx4m) uzunluğu: 45 m, eni:4 m, hündürlüyü: 3 m quraşdırılma və demontajı Layihəyə əsasən |
1 |
ədəd |
3 |
Çadır |
(5mx4m) uzunluğu: 5 m, eni: 4 m, hündürlüyü: 4 m quraşdırılma və demontajı Layihəyə əsasən |
1 |
ədəd |
4 |
Çadır |
150 m² 10mx15m (təxmini) Elektrik işıqlandırma daxil (Floresan lampa 2x36w) -15 ədəd Layihəyə əsasən |
150 |
m(2) |
5 |
Yüksəldilmiş döşəmə |
Üstü diktlə (qalınlıq 16mm) yüksəldilmiş döşəmə Layihəyə əsasən |
150 |
m(2) |
6 |
Kovrolit |
Yaşıl rəng Qalınlıq: 5 mm Layihəyə əsasən |
150 |
m(2) |
7 |
Beton bloklar |
Tentin hər küncündə Layihəyə əsasən |
8 |
ədəd |
8 |
Giriş-çıxış qapıları |
İkili qapı Material: alüminium Layihəyə əsasən |
3 |
ədəd |
9 |
Kondisioner |
Şkaf tipli kondisioner 36000 BTU (150 m² soyutma) Layihəyə əsasən |
2 |
ədəd |
10 |
Əlavə otaq |
(2 m x 3m) Qapı daxil Alçipan arakəsmə, otaq qapısı Layihəyə əsasən |
6 |
m(2) |
11 |
Divar-2 arakəsmə (alçipan) və 2 qapı |
uzunluğu: 20m, eni: 5m, hündürlüyü: 5m, qapi 1,6 m x 2,1 m |
1 |
ədəd |