Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilən növbəti satınalma müsabiqəsinin qalibi müəyyənləşib.
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
FED.az xəbər verir ki, tender Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfərlərinin təşkili xidmətlərini əhatə edir.
Tenderin nəticələrinə əsasən, qalib “Vega Travel Management” MMC olub. Bu məqsədlə şirkətlə 199 914 manat dəyərində satınalma müqaviləsi bağlanıb.