Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Çin və Hindistandan jurnalistlər, bloggerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili ilə bağlı tenderin nəticəsini açıqlayıb.
Nazirlik 290 min manatlıq avtobuslar alır - TENDER KEÇİRİLİR
FED.az xəbər verir ki, qalib şirkət “Vega Travel Management” MMC olub.
Layihənin əsas məqsədi turizm potensialını tanıtmaq üçün iki əsas hədəf bazar – Çin və Hindistandan ümumilikdə 70 nəfərlik qrupun ölkəyə gətirilməsi və onlara müxtəlif regionlarda tanışlıq proqramlarının təşkil olunmasıdır. Çin üçün nəzərdə tutulan iştirakçı sayı 30 nəfər, Hindistan üçün isə 40 nəfər olaraq göstərilib.
Tenderin ehtimal olunan ümumi qiyməti 741.201,72 AZN müəyyən olunmuşdu. Lakin müsabiqənin nəticəsinə əsasən, “Vega Travel Management” MMC bu xidmətlərin icrası üçün 349.442,04 AZN məbləğində müqavilə bağlayaraq qalib elan olunub. Bu da qalib şirkətin ilkin ehtimalla müəyyən edilən məbləğdən təxminən 53 faiz, yəni 391.759,68 AZN daha ucuz qiymətlə tenderi qazandığını göstərir.