Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilən növbəti satınalma müsabiqəsinin nəticələri məlum olub.
Agentlik yapon və pakistanlı jurnalistlər üçün 165 min manatlıq səfər təşkil edir
FED.az xəbər verir ki, sözügedən tender Cənubi Koreya və İsraildən jurnalistlər, bloggerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətləri üzrə elan edilmişdi.
Tenderin qalibi "Vata" MMC olub. Müqavilənin ümumi dəyəri 135.039,37 manat təşkil edir.
Layihə çərçivəsində:
-
Cənubi Koreyadan 10 nəfərlik heyət,
-
İsraildən isə 20 nəfərlik heyət
ölkəmizə səfər edəcək.