“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs “Qala Sığorta” ASC ilə müqavilə bağlayıb.
FED.az xəbər verir ki, müqavilədə “Azerspace-2” peykinin sığortalanması xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 865 300 manatdır.
Qeyd edək ki, Müqavilə müddəti bir ildir (26.09.2022 – 26.09.2023). Sığorta olunacaq əmlakın dəyəri 81 milyon ABŞ dollarıdır. (banker)