Azərbaycan Respublikasının Kino Agentliyi bir neçə yerli filmin post-prodakşn işlərinin tamamlanması və hüquqların qismən satınalınması üzrə elan etdiyi tenderlərə yekun vurub.
Dövlət qurumları hibrid maşınlar almağa başlayıblar - TENDERLƏR, SİYAHI
FED.az xəbər verir ki, müxtəlif məzmun və janrlarda çəkilmiş qısa və tammetrajlı filmlərin son mərhələlərinin tamamlanması üçün ümumilikdə 6 müqavilə bağlanıb.
"Molla Nəsrəddin" və "Əbədi xatirə (Qu sədaqəti)" adlı qısametrajlı animasiya filmləri üzrə xidmətlərin göstərilməsi üçün qalib "Birlik Kinostudiyası" MMC (VÖEN: 1700939911) olub. Hər iki filmin post-prodakşn işləri və hüquqların qismən alınması xidmətləri üçün bu şirkətlə müvafiq olaraq 11 025 manat və 10 605 manat dəyərində müqavilələr imzalanıb.
Qeyd edək ki, "Birlik Kinostudiyası" MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Firəngiz Qurbanova Ağa Dadaş qızıdır. Hüquqi ünvanı AZ1095, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 19 ünvanında yerləşir.
“Xatirələr sahilində” adlı qısametrajlı sənədli filmin son tamamlama mərhələsi üzrə isə “Azernyumedia” MMC (VÖEN: 1404603041) qalib seçilib. Bu xidmətin dəyəri 9 000 manat təşkil edir.
Qeyd edək ki, “Azernyumedia” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin qanuni təmsilçisi Kamran Qasımov Mürsəl oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi, ev 56, mənzil 105-də yerləşir. Şirkət riskli vergi ödəyicisi hesab olunmur. Vergi orqanlarına 56.67 AZN məbləğində borcu mövcuddur.
"Açıq məktub" adlı qısametrajlı bədii filmin post-prodakşn işləri və hüquqların qismən alınması üçün keçirilmiş tenderin qalibi “Chinar Film” MMC (VÖEN: 1506619791) olub. Şirkətlə 14 753 manatlıq müqavilə bağlanıb.
Qeyd edək ki, “Chinar Film” MMC 2023-cü ildə yaradılıb və nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 23, mənzil 30-da yerləşir. Şirkətin qanuni təmsilçisi Türkan Hüseynova Siyasət qızıdır.
Eyni məzmunlu digər satınalma, “Nəsil yaddaşı” sənədli filmi üzrə xidmətlərə “Kinobiz” MMC (VÖEN: 1406689311) təklif verərək qalib gəlib. Bu layihə üçün ayrılmış büdcə 14 721 manat təşkil edir.
Qeyd edək ki, “Kinobiz” MMC 2023-cü ildə yaradılıb və nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan 5-ci mikrorayon, ev 33, mənzil 15-də yerləşir. Qanuni təmsilçisi Ramil Ələkbərov Gülmalı oğludur.
Tammetrajlı sənədli film olan “Ad günü şamları” layihəsinin post-prodakşn mərhələsinin tamamlanması və hüquqların qismən alınması isə “Buta Film” MMC-yə (VÖEN: 1700494161) həvalə olunub. Müqavilənin dəyəri 17 325 manatdır.
Qeyd edək ki, 2005-ci ildə yaradılıb və nizamnamə kapitalı 11 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Sabir küçəsi, ev 28, mənzil 2-də yerləşir. Qanuni təmsilçisi Tural Əhmədsoy Çingiz oğludur.