Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “İnzibati binanın icarəsinin satın alınması” tenderinin nəticələrini elan edib.
Agentlik 2 milyon manata ofis və anbar icarəyə götürür - TENDER ELANI
FED.az xəbər verir ki, tenderin qalibi Əşrəf Səxavət Oğlu Səfərov olub.
Qalib şirkətlə 2 752 453 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən 34 ay müddətinə 3 932 m(2) sahəsi olan inzibati bina icarəyə götürüləcək.