İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni icarə müqaviləsi çərçivəsində “Facility Management Group” MMC (VÖEN: 1403645031) ilə əməkdaşlığa başlayıb və müqavilə imzalayıb.
Naxçıvanda məktəb və uşaq bağçasının yenidən qurulmasına 3,5 milyon ayrıldı
FED.az xəbər verir ki, müqaviləyə əsasən, Agentlik Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93 ünvanında yerləşən “BEGOC” Biznes Mərkəzinin 6-cı mərtəbəsinin şimal qanadında yerləşən 728 kvadratmetrlik qeyri-yaşayış sahəsini icarəyə götürüb. Müqaviləyə həmçinin 3 ödənişsiz və 4 ödənişli avtoparkinq yeri də daxildir.
Satın alınan icarə xidmətinin ümumi dəyəri 276 279 manat olaraq qeydə alınıb.