İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" üzrə satınalınması nəzərdə tutulan dərman vasitələrinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 1660490 manatlıq tenderin qalibi "Medpharma" MMC olub.
Qeyd edək ki, tenderlə daunorubisin h/x 20 mq №1, doksorubisin 2mq/ml 5 ml №1, fludarabin 50 mq №1, mitoksantron 2 mq/ml 10 ml №1, rituksimab 500 mq 50 ml №1 və s. alınacaq.