Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti təmir işləri ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Qarabağ Təmir-Tikinti" MMC şirkəti olub.
Tenderin dəyəri 615 063 manatdır.
Qeyd edək ki, tenderdə Ağdam rayonu məcburi köçkün qəsəbələrində qəsəbədaxili asfalt yolların təmiri işləri nəzərdə tutulur.