Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən Ağdam şəhəri F-2 yaşayış məhəlləsi üzrə energetika təsərrüfatı obyektləri, sahədaxili mühəndis kommunikasiya sistemləri (su, kanalizasiya, elektrik, işıqlandırma, yol və səkilər) və yaşıllıq, abadlıq işləri üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Körpü-Bina-Tikinti" MMC olub. Müqavilənin ümumi dəyəri 9 321 500 manat təşkil edir. Ehtimal olunan qiymət isə 9 675 662 manat idi.
Qeyd edək ki, "Körpü-Bina-Tikinti" MMC bundan əvvəl (01.08.2025) də Ağdamda iri tikinti layihəsinin qalibi olub. Şirkət “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-120 üzrə binaların tikintisi işləri”ni həyata keçirmək üçün 13 800 058 manat dəyərində müqavilə imzalayıb.
Beləliklə, şirkət son dövrlərdə Ağdamda ümumi dəyəri 23 121 558 manat olan layihələri icra edir.











