Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən elan olunmuş tenderin nəticələri açıqlanıb.
Dövlət qurumu boyalar alır - 3 200 LİTR!
FED.az xəbər verir ki, sözügedən tender “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-139 üzrə binaların tikintisi işləri” üzrə elan edilmişdi.
Tenderin qalibi "Diler İnşaat" QSC olub. Şirkətə bu işlərin icrası üçün 7 818 565 AZN ödəniş ediləcək.
Qeyd edək ki, "Diler İnşaat" QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elxan Süleymanov Füzuli oğludur. Nizamnamə kapitalı 2 min 10 manat təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir.