Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ Ağdam şəhərində yeni binaların tikintisi üçün tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, qalib “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti olub.
Layihənin dəyəri 8 milyon 50 min 336 manat təşkil edir. Ehtimal olunan qiymət 10 milyon 043 min 741 manat idi.
“Diler İnşaat” daha öncə də qurumdan 7 milyon 818 min 565 manat dəyərindəki “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-139 üzrə binaların tikintisi işləri”nin satın alınması tenderinin qalibi olub.
Qeyd edək ki, "Diler İnşaat" QSC 28 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elxan Süleymanov Füzuli oğludur. Nizamnamə kapitalı 2 min 10 manat təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







