Səhiyyə Nazirliyi “Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) tikintisi (I MƏRHƏLƏ)” tenderinin nəticələrini elan edib.
Ağdamda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Uni Ko” MMC olub.
Şirkətlə 4 915 254 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Uni Ko” MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 000 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elçin Axundov Muxtar oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Həsənoğlu, Ev 4a, m. 94 ünvanında yerləşir.