Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti publik hüquqi şəxsi (VÖEN: 3201635961) açıq tender elan edib.
FED.az xəbər verir ki, elan “Ağdam rayonu, 4-cü mərhələ üzrə transformator məntəqələrinin və xarici elektrik təchizatının tikinti-quraşdırma işləri”nin satın alınmasını əhatə edir.
Satınalmanın ehtimal olunan qiyməti 4 milyon 311 min 826 manat 09 qəpikdir.
Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 25.09.2025 saat 16:00-a təyin edilib.
Müsabiqədə iştirak haqqı 1000 manat, sənədlərlə tanış olmaq üçün istifadə haqqı isə 25 manatdır. Təchizatçılar həm iştirak, həm də istifadə haqqını ödəməlidirlər. İddiaçıların sayı üçdən az olduqda satınalma baş tutmamış sayılır və ödənilmiş məbləğlər geri qaytarılmır.
Satınalma ilə bağlı əlaqələndirici şəxs – baş məsləhətçi Fərid Əzizovdur. Əlaqə üçün email: [email protected], telefon: +994 50 672 37 77.
İddiaçılar təkliflərini 25.09.2025-ə qədər Ağdam şəhəri ünvanına təqdim edə bilərlər.