Azərbaycan İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC Ağdam Sənaye Parkının dalan dəmir yolu xətti infrastrukturunun yaradılması məqsədilə tikinti-quraşdırma işlərinin satın alınması üzrə müsabiqə elan edib.
Sumqayıt Sənaye Parkının sahəsi 30 hektar genişləndiriləcək - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, müsabiqənin ehtimal olunan dəyəri 8 milyon 357 min manat təşkil edir.
Satınalma sənədlərinə əsasən, layihə Ağdam Sənaye Parkında dalan dəmir yolu xəttinin infrastrukturunun yaradılması üçün zəruri tikinti-quraşdırma işlərini əhatə edir. (Banker)















