Minatəmizləmə Agentliyi "Ağdam rayonunda mobil bazaların salınması işlərinin satın alınması" təkliflər sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, sorğunun qalibi "Region Mühəndislik" MMC (VÖEN: 1904560421) olub.
Şirkətlə 1 556 361 manat məbləğində müqavilə imzalanıb.
"Region Mühəndislik" MMC daha öncə də Minatəmizləmə Agentliyi ilə 3 925 473 manat dəyərindəki "Qubadlı və Laçın rayonlarında mobil bazaların salınması işlərinin satın alınması" təkliflər sorğusu üzrə satınalma müqaviləsi imzalayıb (02.06.2023)