Abşeron Rayon İcra Hakimiyyəti (VÖEN – 3100056421) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti abadlıq işlərinin görülməsi üçün ağac, gül kollarının əkilməsi və ot örtüyünün salınması ilə bağlı xidmətlərin satınalınmasıdır (2 hissə). Ehtimal olunan qiymət 74 min 780 manat təşkil edir.
Müsabiqə 2 dekabr 2025-ci il, saat 16:31-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 8 dekabr 2025-ci il, saat 17:00, zərflərin açılışı isə həmin tarixdə, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 149,56 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs:
İlqar Məmmədov
RİH başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi
[email protected]
+994 77 753 60 60
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 8 dekabr 2025-ci il, saat 17:00-a qədər Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 7 ünvanına təqdim edə bilərlər.
|
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
Kod |
|
1 |
Hind yasəməni (lagerstromia indica) |
Dibçəkdə-plastik qabda, hündürlüyü 1,5-2 m aralığında, müxtəlif rəngli, küləyə və şoran torpağa davamlı, tam inkişaf etmiş kök sisteminə malik olmalıdır.Əkilməsi üçün torpaqdan çıxarılan zaman kökləri zədələnməməlidir. Çatdırılması hava şəraitinə uyğun olaraq Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış tarixdə və Abşeron rayonu ərazisinə olmalıdır. |
30 |
ədəd |
10226046 |
|
2 |
Lampantus (spectabilis) |
Dibçəkdə-plastik qabda, hündürlüyü 15-20 sm, "xalça" effektili, yazda çiçəkləyən. Çatdırılması hava şəraitinə uyğun olaraq Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış tarixdə və Abşeron rayonu ərazisinə olmalıdır. |
3.000 |
ədəd |
10201518 |
|
3 |
Qazon |
Qazon yerinin düzəldilməsi və təmizlənməsi daxil olmaqla çoxillik, enliyarpaq, rulon formasında, mülayim-isti və quru subtropik iqlim şəraitina uyğun olmalıdır. Abşeron rayonu ərazisinə hava şəraitinə uyğun olaraq Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış tarixdə daşınması və sərilməsi. |
10.000 |
m(2) |
70111706 |
|
4 |
Evonimus |
Dibçəkdə-plastik qabda, hündürlüyü 40-50 sm, soyuğa və küləyə davamlı, yarpaqları yumurtavari, parlaq yaşıl olmalıdır. Çatdırılması hava şəraitinə uyğun olaraq Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış tarixdə və Abşeron rayonu ərazisinə olmalıdır. |
1.000 |
ədəd |
10226039 |
|
5 |
Küknar (Pixta) |
Dibçəkdə-bio qabda, hündürlüyü 1.0-1.5 m aralığında, küləyə və şoran torpağa davamlı, tam inkişaf etmiş kök sisteminə malik olmalıdır. Əkilməsi üçün torpaqdan çıxarılan zaman kökləri zədələnməməlidir. Çatdırılması hava şəraitinə uyğun olaraq Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış tarixdə və Abşeron rayonu ərazisinə olmalıdır. Ağaclara hündürlüyünə uyğun dəstək dirəyi və müvəqqəti bağlama xamut ilə təmin olunmalıdır. |
400 |
ədəd |
10161512 |











