“AFB BANK” ASC yanğından mühafizə sistemlərinin illik servisi ilə bağlı tender elan edir.
Təkliflər 31.07.2021 tarixində saat 17:30-a kimi qəbul edilir.
“AFB BANK” ASC potensial iddiaçıları aşağıda qeyd edilən xidmətlər üçün öz təkliflərini təqdim etməyə dəvət edir.Təklifdə qiymətlər Baş Ofis, filial və şöbələrdəki xidmətlər üzrə ayrı-ayrı qeyd edilməlidir.Ünvanları www.afb.az saytından dəqiqləşdirə bilərsiniz.
- Baş ofis, filial və şöbələrdə yanğın siqnalizasiya sisteminin GSM modul ötürücü üzərindən monitor otağına ötürülməsi.
- Baş ofis, filial və şöbələrdə il ərzində 1 (bir) dəfə yanğın siqnalizasiya avadanlıqları yoxlanılmalı və texniki vəziyyətinə dair rəy verilməli.
- Baş ofis, filial və şöbələrdə aylıq servis xidməti.
Filial və şöbələrdə istilik və tüstü detektorların sayı:
Baş ofis- 115 ədəd
Mərkəz filial-64 ədəd
Sahil filialı-8 ədəd
Nərimanov filialı-28 ədəd
Sumqayıt filialı-43 ədəd
Gəncə filialı-17 ədəd
Qəbələ filialı-19 ədəd
1 saylı şöbə-10 ədəd
2 saylı şöbə-10 ədəd
3 saylı şöbə-7 ədəd
4 saylı şöbə-11 ədəd
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidir.
- Tenderdə iştirak etmək üçün yazılı müraciət
- VÖEN sürəti
- Göstəriləcək xidmətlərlə bağlı müvafiq lisenziya
- Bu sahədə əməkdaşlıq etdiyiniz təşkilatların siyahısı
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.
- Aşağı qiymət
- Yüksək keyfiyyətli texniki xidmət
- Texniki tələblərə uyğunluq
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər bankın Baş ofisinə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) qapalı zərfdə göndərilməlidir.İddiaçılar tenderdə iştirak etmək üçün 30 iyul 2021-ci il saat 18:00-dan gec olmayaraq e-mail vasitəsi ilə iştirakını təsdiq etməli ([email protected] ünvanına mövzü hissəsində “TENDER –Yanğın siqnalizasiya sistemləri ” qeyd edərək) təşkilatın tam adı və rekvizitlərini qeyd etməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə müraciət edə və yaxud (050) 290 10 66 (Vüsal Mehdiyev) ilə əlaqə saxlaya bilərsiniz.