Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” PHŞ (VÖEN: 1300300711) tender elan edib.
Mərkəzi Bankdan 6 ayda 9 tender udan şirkətə - 625 MİNLİK SİFARİŞ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Qusar şəhərinin alternativ içməli su mənbəyinin tikintisi işlərinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 3 milyon 232 min manatdır.
Tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Yusif Hüseynov - Planlama və Satınalmaların Təşkili şöbəsi baş məsləhətçi-şöbə müdirinin müavini / [email protected] / +994 55 225 12 31
Şərtlərə görə, iddiaçılar tələblərini 7 iyul 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev.69A ünvanına təqdim edə bilərlər.















