Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsi tərəfindən elan edilmiş tender proseduru ləğv edilib.
Minatəmizləmə Agentliyi 3 milyonluq tender elan edib - ŞƏRTLƏR, TƏLƏBLƏR
FED.az xəbər verir ki, tender universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) üçün aviabiletlərin satın alınmasını nəzərdə tuturdu.
Ləğv qərarının səbəbi kimi, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, eyni zamanda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu isə "Dövlət Satınalmaları Haqqında" qanunun 36.1.1-ci maddəsinə əsasən tenderin davam etdirilməsinə hüquqi əsas vermir.
Tender üzrə ehtimal olunan satınalma məbləği 264.465,00 AZN təşkil edirdi. Müsabiqə 6 may 2025-ci il saat 11:07-də dərc edilmiş, təkliflərin qəbulu isə 30 may 2025-ci il saat 12:00-da başa çatmalı idi. Həmin gün və saatda zərflərin açılması da planlaşdırılmışdı.
Qeyd edək ki, bu cür tenderlərin ləğvi şəffaf və ədalətli satınalma prosesinin təmin olunması məqsədi daşıyır və qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir.