Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) cari təmir işləri üçün 2 milyon 515 min 153 manat xərcləyəcək.
FED.az xəbər verir ki, universitetin təmir işləri tenderini "Tikinti Bərpa Firması" MMC qazanıb.
ADNSU qalib şikətlə müqavilə bağlayıb.
Qeyd edək ki, universitet "Tikinti Bərpa Firması" MMC ilə aprelin 30-da abadlıq işlərinin görülməsi üçün 545 min manatlıq müqavilə imzalamışdı.