“ADA” Universiteti təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 61 ünvanında yerləşən “ADA” Universitetinin “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində F və G binalarının fasad işlərinin satın alınması nəzərdə tutulur.
Sorğuda iştirak haqqı 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1301261241
Satınalan təşkilatın ünvanı :
Müsabiqənin başlama tarixi və vaxtı: 17.11.2023 13:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.12.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 04.12.2023 11:00
Hesab nömrəsi: AZ65PAHA38090AZNHC0290036279
Bankın adı: Paşa Bank ASC
Bankın kodu: 505141
Müxbir hesab: AZ82NABZ01350100000000071944
Bankın VÖEN-i: 1700767721
Swift kodu: PAHAAZ22
Ödəniş şərtləri : 30 %-ə qədər avans (Tələb olunduğu təqdirdə)
Çatdırılma yeri : Əhmədbəy Ağaoğlu 61
Çatdırılma müddəti : 2024-cü il ərzində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə (uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin, Nizamnaməsinin (əsasnaməsinin) notariat qaydasında 2023-cü ildə təsdiq edilmiş surətləri.
Tenderdə iştirak etmək üçün yazılı müraciət
İştirak haqqının ödənilməsi barədə bank sənədi
Rəsmi blankda təsdiq edilmiş rekvizitləri
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının son maliyyə ilindəki fəaliyyəti haqqında vergi orqanlarına təqdim olunmuş maliyyə hesabatının rəsmi şəkildə təsdiq olunmuş surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat
İxtisas göstəriciləri:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nda (3 nömrəli əlavə) əks olunan aidiyyəti işlərin yerinə yetirilməsinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş, qüvvədə olan rəsmi lisenziyası olmalıdır;
Son 7 il ərzində milli və ya beynəlxalq layihələrdə üzrə analoji işlərin (dizayn-fasad işlərində) həyata keçirilməsi üzrə təcrübəyə malik olmalıdır.
Əsaslı fasad işlərini yerinə yetirə bilən zəruri sayda (sayları göstərilməklə) peşəkar mütəxəssis heyətinə malik olmalı, onların peşəkarlıq səviyyələrini (sertifikat(lar), diplom(lar), şəhadətnamə(lər) və s.) təsdiq edən sənədlərlə birlikdə bu işçilərin cari tarixə onların işçiləri olmasını təsdiq edən aidiyyəti sənədlər də müsabiqəyə təqdim olunmalıdır
Shop drawings
Tikinti metodologiyası
Podratçı koordinasiyaya cavabdeh olacaq və müştəriyə göstərilən punktlarla bağlı hesabat verəcəkdir
İddiaçılar avadanlıqlar (materiallar) üçün təfərrüatlı satınalma və əraziyə çatdırılma planı təqdim etməlidirlər
Predmet üzrə işləri icra etmək üçün zəruri olan maddi-texniki bazaya (müvafiq avadanlıqlara, maşın-mexanizmlərə, inşaat texnikalarına və s.) sahib olmalıdır.
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) üzrə peşəkar mütəxəssislə təmin olunmalıdır
Fasad işlərinin aparılması zamanı icra olunacaq Sağlamlıq və Təhlükəsizlik planlarını tərtib edərək uyğun şəkildə komissiyaya təqdim etməlidirlər.
Əsaslı tikinti-quraşdırma işlərinin aparılacağı obyeklərin qısa zamanda istifadəyə verilməsi zərurətinin yarandığını nəzərə alaraq, işlərin fasiləsiz və sürətlə aparılması üçün bütün zəruri texniki imkanlara və kadr potensialına sahib olmalıdırlar. İddiaçı iş qrafikini Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq təşkil etməlidir. İddiaçı işləri təşkil edə biləcəyinə dair yazılı zəmanət məktubunu uyğun şəkildə təqdim etməlidir
Əsaslı tikinti-quraşdırma işlərinin başa çatdıraraq uyğun şəkildə təhvil verilməsindən sonra, obyekt üzrə sınaqdan keçirilməsi zəruri olan tikili və qurğuların, avadanlıqların, aidiyyəti sistemlərin və s., nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğunluğunun müəyyən edilməsinin sınaq müddəti tətbiq ediləcəkdir. Tətbiq olunan sınaq müddəti 90 (doxsan) təqvim günüdür. İddiaçılar bu şərtlə razı olduqlarını onlar tərəfindən rəsmi şəkildə tərtib edilərək təsdiq olunmuş məktubla (bildirişlə) uyğun şəkildə tender komissiyasına təqdim etməlidirlər
Müqavilə(lələr) əsasında baş podratçı kimi yerinə yetirdiyi işlərin Sifarişçisindən(lərindən) etibarlı tərəfdaş olduqlarını təsdiq edən müsbət rəy məktubunun(larının) təqdim olunması mütləq tələblərdəndir
İddiaçının fəaliyyət göstərdiyi sahə üzrə beynəlxalq və yerli səviyyədə əldə etdiyi sertifikatlar, fərqlənmə diplomları və s. haqqında məlumatlar
Yerinə yetirilmiş işlərə, işlərin təhvil verildiyi andan etibarən 1 (bir) təqvim ili ərzində texniki təminat verilməlidir. Texniki təminat müddəti ərzində icraçının günahı səbəbindən əmələ gələn qüsurlar onun tərəfindən əvəzi ödənilmədən, ən qısa müddətdə aradan qaldırılmalı, qüsurlu olduqları aşkar edilən avadalıqlar və s. yeniləri ilə əvəzlənməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Rashad Ganbarli
Email: [email protected]
Əlaqə telefonu : 0502534451