ADA Universiteti açıq tender elan edir.
FED.az xəbər verir ki. elanda “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində F, G və digər köməkçi binaların tikintisi işlərinin ikinci mərhələsinin (kommunikasiya xətlərinin çəkilməsi, havalandırma, kondinsionerləşdirmə, videomüşahidə sistemlərinin, isti və soyuq su xətlərinin çəkilməsi, elektrik güc avadanlıqlarının və digər aidiyyəti sistemlərin (avadanlıqlarla birlikdə) quraşdırılması) satın alınması nəzərdə tutulur.
Müsabiqənin başlama tarixi və vaxtı: 30.08.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 02.10.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 11.10.2023 10:00
Ödəniş şərtləri - 30 % Avans (tələb olunacağı təqdirdə)
Çatdırılma yeri - Əhmədbəy Ağaoğlu, 61
Çatdırılma müddəti - 15 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə (uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin, reyetrdən çıxarış, Nizamnaməsinin (əsasnaməsinin) notariat qaydasında 2023-cü ildə təsdiq edilmiş surətləri.
Rəsmi blankda təsdiq edilmiş rekvizitləri
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının son maliyyə ilindəki fəaliyyəti haqqında vergi orqanlarına təqdim olunmuş maliyyə hesabatının rəsmi şəkildə təsdiq olunmuş surəti-2022-ci il üzrə
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat
İxtisas göstəriciləri:
İddiaçının ixtisas uyğunluğu barədə sənədlər
İddiaçının son 2 (iki) ildə iştirak etdiyi tender üzrə icra olunmuş işlər və məbləğlər haqqında məlumatlar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nda (3 nömrəli əlavə) əks olunan aidiyyəti işlərin yerinə yetirilməsinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş, qüvvədə olan rəsmi lisenziyası olmalıdır
2022-ci il də daxil olmaqla, əvvəlki illər ərzində analoji xarakterli və həcmli işlərin yerinə yetirilməsində baş podratçı təcrübəsinin olmasını təsdiq edən imzalanmış müqavilənin(lərin) və əsaslı tikinti işlərinin yerinəyetirilərək başa çatdırıldıqdan sonra obyektin(lərin) müvafiq Dövlət qurumları tərəfindən təsdiq olunmuş “İstismara Qəbul Aktı”nın surətini(lərini) mütləq şəkildə təqdim etməlidirlər.
Analoji işlərdə ((Elektrik, Yanğınsöndürmə, “HVAC” (İsitmə, havalandırma, kondisionerləşmə), və s. kimi “MEP” işlərini əhatə edən hər hansı bir Universitet / Təhsil layihələrinin tamamlanması) 7 il təcrübəyə malik olmalıdır
İddiaçılar səlahiyyətli orqan tərəfindən verilmiş etibarlı lisenziyaya malik olmaqla bərabər təchizat, quraşdırma, sınaq və istismara vermə daxil olmaqla oxşar layihələrdə “Elektrik” və “Mexanik” “Santexnika” “HVAC” (İsitmə, havalandırma, kondisionerləşmə), “Yanğınsöndürmə” işlərini həyata keçirilməsində təcrübəyə malik olmalı və bunu sübut edən sənədləri təqdim etməlidirlər.
Əsaslı tikinti-quraşdırma işlərini yerinə yetirə bilən zəruri sayda (sayları göstərilməklə) peşəkar mütəxəssis heyətinə malik olmalı, onların peşəkarlıq səviyyələrini (sertifikat(lar), diplom(lar), şəhadətnamə(lər) və s.) təsdiq edən sənədlərlə birlikdə bu işçilərin cari tarixə onların işçiləri olmasını təsdiq edən aidiyyəti sənədlər də müsabiqəyə təqdim olunmalıdır
Predmet üzrə işləri icra etmək üçün zəruri olan maddi-texniki bazaya (Bakı şəhəri daxilində yerləşən aidiyyəti üzrə ixtisaslaşmış servis infrastrukturuna (ofis binasına, müvafiq avadanlıqlara, maşın-mexanizmlərə, inşaat texnikalarına, nəqliyyat vasitələrinə, anbar binasına və s.) sahib olmalıdır.
Podratçı sərbəst maliyyə resurslarına, zəmanətli kredit xəttinə (minimum 5 000 000 (beş milyon) manat məbləğində) malik olmalıdır.
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) üzrə peşəkar mütəxəssislə təmin olunmalıdır
Tikinti meydançasında inşaat işlərinin aparılması zamanı icra olunacaq Sağlamlıq və Təhlükəsizlik planlarını tərtib edərək uyğun şəkildə komissiyaya təqdim etməlidirlər.
Əsaslı tikinti-quraşdırma işlərinin aparılacağı obyeklərin qısa zamanda istifadəyə verilməsi zərurətinin yarandığını nəzərə alaraq, işlərin fasiləsiz və sürətlə aparılması üçün bütün zəruri texniki imkanlara və kadr potensialına sahib olmalıdırlar. İddiaçı iş qrafikini Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq təşkil etməlidir. İddiaçı işləri təşkil edə biləcəyinə dair yazılı zəmanət məktubunu uyğun şəkildə təqdim etməlidir
Əsaslı tikinti-quraşdırma işlərinin başa çatdıraraq uyğun şəkildə təhvil verilməsindən sonra, obyekt üzrə sınaqdan keçirilməsi zəruri olan tikili və qurğuların, avadanlıqların, aidiyyəti sistemlərin və s., nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğunluğunun müəyyən edilməsinin sınaq müddəti tətbiq ediləcəkdir. Tətbiq olunan sınaq müddəti 90 (doxsan) təqvim günüdür. İddiaçılar bu şərtlə razı olduqlarını onlar tərəfindən rəsmi şəkildə tərtib edilərək təsdiq olunmuş məktubla (bildirişlə) uyğun şəkildə tender komissiyasına təqdim etməlidirlər
Müqavilə(lələr) əsasında baş podratçı kimi yerinə yetirdiyi işlərin Sifarişçisindən(lərindən) etibarlı tərəfdaş olduqlarını təsdiq edən müsbət rəy məktubunun(larının) təqdim olunması mütləq tələblərdəndir
Yerinə yetirilmiş işlərə, işlərin təhvil verildiyi andan etibarən 1 (bir) təqvim ili ərzində texniki təminat verilməlidir. Texniki təminat müddəti ərzində icraçının günahı səbəbindən əmələ gələn qüsurlar onun tərəfindən əvəzi ödənilmədən, ən qısa müddətdə aradan qaldırılmalı, qüsurlu olduqları aşkar edilən avadalıqlar və s. yeniləri ilə əvəzlənməlidir
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Çinarə Abdulxalıqlı, Satınalma və müqavilələr üzrə baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 0512268546
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində F binasında aparılacaq tikinti işlərinin ikinci mərhələsinin satın alınması |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində F binasında aparılacaq tikinti işlərinin ikinci mərhələsi üzrə iddiaçı tərəfindən təklif olunan yekun qiymət |
1 |
ədəd |
2 |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində G binasında aparılacaq tikinti işlərinin ikinci mərhələsinin satın alınması |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində G binasında aparılacaq tikinti işlərinin ikinci mərhələsi üzrə iddiaçı tərəfindən təklif olunan yekun qiymət |
1 |
ədəd |
3 |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində Köməkçi binalarda aparılacaq tikinti işlərinin ikinci mərhələsinin satın alınması |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində Köməkçi binalarda aparılacaq tikinti işlərinin ikinci mərhələsi üzrə iddiaçı tərəfindən təklif olunan yekun qiymət |
1 |
ədəd |
4 |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində F binasında quraşdırılacaq avadanlıqlara görə iddiaçı tərəfindən təklif olunan yekun qiymət |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində F binasında quraşdırılacaq avadanlıqlara görə iddiaçı tərəfindən təklif olunan yekun qiymət |
1 |
ədəd |
5 |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində G binasında quraşdırılacaq avadanlıqlara görə iddiaçı tərəfindən təklif olunan yekun qiymət |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində G binasında quraşdırılacaq avadanlıqlara görə iddiaçı tərəfindən təklif olunan yekun qiymət |
1 |
ədəd |
6 |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində Köməkçi binalarda quraşdırılacaq avadanlıqlara görə iddiaçı tərəfindən təklif olunan yekun qiymət |
“ADA” Universiteti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində Köməkçi binalarda quraşdırılacaq avadanlıqlara görə iddiaçı tərəfindən təklif olunan yekun qiymət |
1 |
ədəd |