Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti Azərbaycanda 240 MVt gücündə yeni külək elektrik stansiyasının köməkçi qurğularının tikintisi üçün podratçılar seçir.
Eləcə də bax: Azərbaycan hökuməti ərəblərlə daha bir - MÜQAVİLƏ BAĞLAYIR
FED.az xəbər verir ki, bu barədə şirkətin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir. Şirkət Azərbaycan şirkətlərini tenderdə iştiraka dəvət edir.
Seçimdə iştirak etmək arzusunda olan şirkətər aprelin 7-dək [email protected] email ünvanına yazılı qaydada müraciət edə bilər.
Xəbər verildiyi kimi, 2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında bərpaolunan enerji üzrə pilot layihənin reallaşdırılmasına dair İcra müqaviləsi imzalanıb. 2020-ci ilin dekabr ayında Energetika Nazirliyi ilə “İnvestisiya Müqaviləsi”, “Azərenerji” ASC ilə - “Enerji alqı-satqı Müqaviləsi”, “Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və “Torpaq İcarə Müqaviləsi” sənədləri imzalanıb.
Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin dəyəri 300 milyon dollardır.
Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Sitalçay kəndlərinin dağlıq hissəsində hər biri 6 MVt gücdə olan 40 ədəd külək turbin qurğusunun tikilməsi nəzərdə tutulur. Külək Elektrik Stansiyasının Pirəkəşküldə olan hissəsində ümumi gücü 102 meqavat olmaqla 17 külək turbini, digər hissədə - Xızı rayonunun Sitalçay kəndinin yaxınlığında yerləşən dağlıq ərazidə isə ümumi gücü 138 MVt olan 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır. (İnterfaks)