“Dövlət satınalmaları haqqında” yeni qanuna uyğun olaraq, 1 yanvar 2024-cü il tarixindən etibarən açıq tender metodu üzrə təkliflərin cəlb edilməsi barədə elan ehtimal olunan qiymət 1 milyon manatadək olduqda 15 iş günündən əvvəl dövlət satınalmalarının vahid internet portalında dərc edilməlidir.
Dövlət Xidməti: "100 000 manata qədər satınalmalar kotirovka sorğusu yolu ilə keçiriləcək"
FED.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, ehtimal olunan qiymət 1 milyon manatdan 10 milyon manatadək olduqda 20 iş günü, 10 milyon manat və ondan çox olduqda isə 30 iş günündən əvvəl portalda öz əksini tapmalıdır.