AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
FED.az xəbər verir ki, bankın məlumatında deyilir ki, multivendor tenderi filiallar üçün şəbəkə avadanlığının əldə olunması ilə əlaqədar elan olunub.
Bundan başqa, maraqlı tərəflər marşrutlaşdırıcıların əldə olunması və Cisco texniki dəstəyinin uzadılması ilə əlaqədar tenderdə iştirak etməyə də dəvət olunur.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected]elektron ünvanına, yaxud (+994)55-201-07-98 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2019-cu il may ayının 10-da başa çatır.